Rövşən Əkbərova 10 il həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

Rövşən Əkbərova 10 il həbs cəzası verildi

Kriminal

27 Oktyabr 2021 17:35 877


Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisabah.az-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Marqarita pizza

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R. Əkbərovdan 40 min manat məbləğində vəsait zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar qəbul olunub.

Məhkəmə təqsirləndirilən şəxsin hərbi rütbəsi və fəxri adlarının alınmasını zəruri hesab etməyib.

Qeyd edək ki, prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 R.Əkbərov iş adamı Elçin Əliyevin qətlində günahlandırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!