Rövşən Əsgərovun həbsinə QƏRAR VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Rövşən Əsgərovun həbsinə QƏRAR VERİLDİ

Maraqlı

24 May 2022 17:05 1063


Rusiya məhkəməsi "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu qiyabi olaraq həbs edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Moskvanın Basman rayon məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, R.Əsgərov barəsində ekstradisiya olunacağı təqdirdə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Dördpendirli pizza

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb, mayın 11-də axtarış elan olunub.

İttihamda qeyd olunub ki, R.Əsgərov özünə məxsus "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən məlumatlar yayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!