Rövşən Əsgərovun şikayəti rədd edildi

saytların hazırlanması

Evə çatdırılma

Rövşən Əsgərovun şikayəti rədd edildi

Maraqlı

08 İyun 2022 23:58 1233


Moskva Şəhər Məhkəməsi “Nasizmin reabilitasiyası” işi üzrə "Nə? Harada? Nə vaxt?" şousunun oyunçusu Rövşən Əsgərovun qiyabi həbsini qanuni hesab edib.

Yenisabah.az xəbər verir ki, məhkəmə R.Əsgərovun barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilib.

Xatırladaq ki, Moskvanın Basmannı məhkəməsi “Nə? Harada? Nə vaxt?” televiziya oyununun iştirakçısı Rövşən Əskərovu "Nasizmin reabilitasiyası" ilə bağlı cinayət işi çərçivəsində iki ay müddətinə qiyabi həbs edib. pizza hut

Əsgərov sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etmək cəhdlərində ittiham olunur.Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!