"Sosial şəbəkələrdə elə şeylər paylaşan bir insanın dəfnində mənim görünməyim nə dərəcədə düzgündür?! Evdə 2 övladım böyüyür".
Yenisabah.az manset.az-a istinadla xəbər verir ki, bunu rejissor Rövşən İsax bildirib.
O əlavə edib ki, mərhum Çimnaz Sultanova ilə hər hansi bir problemi olmayıb, sadəcə davranışlarına görə ona münasibəti yaxşı deyil: pizza
"Ölən adam haqqında pis nəsə demək mədəniyyətsizlikdir. Yaxşı da nə deyim? Məşhurlaşandan sonra yaşına yaraşmayan hərəkətlər eləməyə başladı. Mən də əlaqəni tamamilə kəsdim. "Vicdan Haqqı" serialı bitib və mənim o adamla heç bir vaxt əlaqəm olmayıb".
Telegram kanalımız