Rövşən Rüstəmovdan kütləvi   İXTİSAR

saytların hazırlanması

Evə çatdırılma

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR

Siyasət

19 Sentyabr 2025 22:53 12896


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Rüstəmov ölkənin bir çox rayonlarında bilet satışı ilə məşğul olan kassaları ləğv edib.

Yenisabah.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Bakı və Gəncə istisna olmaqla, bütün rayonların dəmiryol vağzallarında kassalar bağlanıb və kassirlər işdən kənarlaşdırılıblar.

Kassirlər bildiriblər ki, "Azərbaycan Dəmir Yolları" rəhbərliyi onların başqa işə keçməsini təmin etməyib. Toyuqlu pizza

Rəhbərlik isə qərarı sərnişinlərin bileti onlayn almaları ilə əsaslandırıb. Lakin reallıqda "Azərbaycan Dəmir Yolları" internet səhifəsindən onlayn bilet almaq olduqca çətindir və bir çox hallarda mümkün olmur. Sistemdə davamlı yaranan problemlər barədə dəfələrlə şikayətlər olunub.

Həmçinin bölgələrdə kassaları ləğv edən qurum rəhbərliyi sərnişinlərin yaşlı olmasını və onlayn bilet almaq imkanlarının məhdud olduğunu nəzərə almayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elmir
    Salam cənab sədrimiz RÖVŞƏN RÜSTƏMOVDAN XAYİŞ EDİRƏM DƏMİR YOLLUNDA DƏYŞƏT SAYDA PENSİYA ALAN VAR HAMSINI ÇIXARSIN XAYİŞ EDİRƏM SƏDRİMİZDƏN!
    8 months ago
  • Elnur
    Salam hele bilet kassalar bir kenara satansiyalar var ki kokunden legv edilir isciler issiz qalir
    8 months ago
  • Əhməd
    Bəlkə ölkədə 1 həftəlik İnternet ümumiyətlə Kəsildi necə olacaq ?
    8 months ago