Röya cəbhə bölgəsində yaşayan 77 yaşlı qadına ev tikdi   – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Röya cəbhə bölgəsində yaşayan 77 yaşlı qadına ev tikdi – Fotolar

Şou

13 İyul 2020 11:30 1458


Xalq artisti Röya Ayxanın cəbhə bölgəsində yaşayan 77 yaşlı Əsmər Cəfərovaya tikdirdiyi ev hazır olub. 

Yenisabah.az xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında məlumat verib: “Yəqin ki, yadınızdadır, dekabrın 13-də Əsmər nənənin sosial şəbəkələrdə videosu yayılmışdı. O görüntülərlə 3 gün sonra tanış oldum və səhəri Qazaxın Quşçu Ayrım kəndinə yola düşdük. Artıq nənəmizin evi hazırdır. Çox xoşbəxtəm ki, bu sevinci onlara yaşada bildilk. Bütöv Azərbaycana təşəkkür edirəm. Çünki mən bu torpağın övladıyam və burada tərbiyə almışam. İnşallah, karantin bitdikdən sonra yollar açılar, növbəti köməkliyimizi də yerinə yetirərik”. 

Qeyd edək ki, Qazaxın Quşçu Ayrım sakinin mənzilinin tikintisi tam başa çatıb. Ev 160 kvadratmetr ərazidə tikilib, üç otaq, bir mətbəxt, sanitar qovşağı və ümumi zaldan ibarətdir. pizza mizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!