Röya: “Dostumun evində qaldım, paltarını geyindim...”

saytların hazırlanması

Evə çatdırılma

Röya: “Dostumun evində qaldım, paltarını geyindim...”

Şou

04 Dekabr 2023 16:14 754


Xalq artisti Röya Ayxan sənət yolunda yaşadığı çətinliklərdən danışıb.

Yenisabah.az Milli-yə istinadla xəbər verir ki, pop ulduz bu barədə ARB-də, aparıcı Kazım Sübhanın "Özəl" proqramında məlumat verib.

R. Ayxan deyib ki, zirvəyə heç də asanlıqla çatmayıb: Pepperoni pizza

"Kimsə adımı çəkib bir söz deyəndə xətrimə çox dəyir. Ya ümumiyyətlə, danışmayın. Danışanda da birinin sənətini unutmayın. Yaddan çıxarmayın ki, o sənətə necə gəldi, nə cür gəldi. Təkcə geyim, danışıq rol oynamadı. Doğrudan da 300 mahnıdan 250-i hit oldu. 16 yaşdan 42 yaşa qədər. Ona görə kimsə adımı çəkəndə, deyirəm, ey, zəhmət olmasa, dəstur! Çünki mən bu sənətə sevərək, əziyyətlə gəldim.

Mən birinci qazanıb, tez qaçım evim, maşınım, paltarım olsun demədim. Lazım gələndə dostumun evində də qaldım, paltarını da geyindim, xahiş etdim ki, maşını ilə aparsın-gətirsin. Çünki yığdığım pulu yaxşı mahnıya xərcləyim, yaxşı işlər görüm. Bu gün də şükürlər olsun ki, etdiyimiz bütün işlər cavab verdi. Ona görə yanımda olan, hətta məni vuran, qaldıran hər kəsə təşəkkürlər. Çünki siz məni yıxmasaydınız, ayağa qalxmağı bilməzdim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!