“Röya keçən il almışdı, ona yaraşdırmadım” - Mükafat qalmaqalı

saytların hazırlanması

Evə çatdırılma

“Röya keçən il almışdı, ona yaraşdırmadım” - Mükafat qalmaqalı

Şou

12 İyul 2020 14:58 1429


Xalq artisti Röya Ayxanın "Altın kelebek" mükafatını ikinci dəfə alması ətrafında qalmaqal bitmir.

Yenisabah.az xəbər verir ki, müğənni Səidə Sultanın "Hamı da qoyun kimi bilirdi ki, mükafatı sən alacaqdın" sözlərindən sonra Nadir Qafarzadə də münasibət bildirib.

Nadir "X maqazin"ə açıqlamasında bu mükafatı Röyaya yaraşdırmayıb: Marqarita pizza

"Təbrik yazdım, amma fərqli. Yazdım ki, Röya, sən artıq ölkənin Xalq artistisən. Keçən il almışdın, bu il də aldın. Müsabiqələr, mükafatlar Röyaya yaraşdırmıram. O, artıq sözünü deyən sənətkardır. Bu mükafat yeni başlayanlar üçündür. Həm də bu mükafatın bizə aidiyyatı yoxdur. Aldı qoydu kənara, nə olsun? Onsuz orada bizim sənətçiləri tanımırlar. Boşluqdur, xam xəyallardır. Reallıqdan danışmaq lazımdır.

Səidənin sözlərində həqiqət var. Orada Röyanın adı var idisə, hamı imtina etməliydi. Şəxsən mənim ora namizədliyim irəli sürülsəydi, çıxardım. Röya imzası var idisə, belə də olmalıydı. Amma Səidə də yəqin zarafat edib. Desəydi, ay pişiklər, dovşanlar, daha yaxşı olardı".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!