Röya Türkiyədə müalicə olunan qazilərimizi ziyarət etdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Röya Türkiyədə müalicə olunan qazilərimizi ziyarət etdi - Fotolar

Şou

27 Fevral 2021 10:51 1065


Xalq artisti Röya Ayxan qaziləri ziyarət edib.

Yenisabah.az xəbər verir ki, sənətçi Türkiyəyə müalicə üçün göndərilən yaralılara baş çəkib.

Bir müddətdir Türkiyədə yaşayan Röya sosial şəbəkə hesabında qazilərlə görüntülərini yayaraq, xalqa və dövlətə minnətdarlıq edib: pizza sifarişi

“Bu gün müalicə üçün Türkiyəyə gətirilən qazilərimizə baş çəkdim, çalışdım ki, onları yormadan bir az söhbət edim. İnanın, sağalmaq eşqi ilə ürəkləri döyünür. Mən çox ümidliyəm, onlar kimi... Əhval -ruhiyyələri də yüksəkdir. Ailələrinə sağlam şəkildə qovuşacaqları günü gözləyirlər. Onlara daim dəstək göstərən cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaram. Bu oğullarımız əmin əllərdədi. Üstəgəl xalq da ordusunun arxasındadır. Onların da dəstəyi danılmazdır. Vətəndaşlarımızın “YAŞAT” fonduna etdiyi ianələr sayəsində neçə igidlər sağlamlığına qovuşur! Hər kəsə minnətdaram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!