Röya uşaqlığı və atası haqqında: Səni xatırlamaq istəməzdim

saytların hazırlanması

Evə çatdırılma

Röya uşaqlığı və atası haqqında: Səni xatırlamaq istəməzdim

Şou

03 Dekabr 2025 14:45 725


Röya Ayxan bu gün "İncə Səhər" verilişinin qonağı olub.

"Yeni Sabah" xəbər verir ki, efirdə Xalq artisti üçün kiçik sujet hazırlanıb və uşaqlığı ona bəzi suallar verib.

Röya uşaqlıq illəri və mərhum atası haqqında danışaraq kövrəlib: Sezar pizza

"Mən səni çox ürkək, qorxaq, hər gün evində dava olan biri kimi xatırlayıram. Səni xatırlamaq istəməzdim. İndi çox güclüyük. Sənə söz vermişdim ki, elə bir qadın olacam ki, anam və atam heç kəsə möhtac olmayacaq. Bacım və qardaşım istədiyi kimi yaşayacaq. Bizim çox böyük evimiz və işçilərimiz olacaq. İstədiyimiz şokaladı və bazarlığı hər bayramda evimizə alacağıq.

Atam artıq həyatda yoxdur. O, çox böyük əziyyət çəkdi. Buna şahid olduq. O neçə vaxt aparatda qaldı. Mənə dedilər ki, o kimdənsə halallıq gözləyir. O illərdir incitdiyi qadınını - anamı gözləyirdi. Anam onun əlini ayağını öpərək ayılmasını istədi. Dedi ki, ayıl, səninlə yenidən birlikdə yaşayaram, amma bizi bu sevgisiz qoyub getmə".

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!