“Röyada nəsə olmalıdır ki, ona paxıllıq edim“   - Elnarə

saytların hazırlanması

Evə çatdırılma

“Röyada nəsə olmalıdır ki, ona paxıllıq edim“ - Elnarə

Şou

07 İyun 2021 13:56 1483


"Münasibət yoxdursda, yoxdur. İllərdir bir-birimizdə telefon nömrəmiz yoxdur. Bayramlarda, ad günlərində təbrik yazmırıq".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Dəyişən cavab" proqramında deyib. Səətçi "W-trio" qrupunun keçmiş solistləri Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibidən danışıb:

"Heç biri ilə küsülülüyüm yoxdur, amma münasibət də yoxdur. Mənim paxıllıq etməyim üçün səbəbim olmalıdır. Dünyada nə var ki, məndə yoxdur? Röyada nəsə olmalıdır ki, ona paxıllıq edim. İki ali təhsilim, dörd övladım, dərs dediyim məktəb var. İstədiyim hər şeyi əldə etmişəm. Səbəbim yoxdur ona paxıllıq edəm. pizza

Üçümüz də müğənniyik, sevilirik, niyə müharibə edək ki? Səbəb görmürəm buna. Yaşca onlardan böyüyəm. Amma barışığa cəhd etməmişəm. Hazırda Röya məni "blok" edib. Onun paylaşımlarını görmürəm, demək ki, "blok"dayam. Bəlkə də, fərqli düşüncələrimizə görə Röya və Natavandan uzaqlaşdım. Həyat bizi ayırdı".

Proqramın aparıcısı məşhur stilist Anar Ağakişiyev Röyaya zəng edərək onu Elnarə ilə barışdırıb. Röya da Elnarənin onu İnstaqramda qara siyahıya saldığını iddia edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!