“Röyadan qisasımı aldım” - Flora Kərimova

saytların hazırlanması

Evə çatdırılma

“Röyadan qisasımı aldım” - Flora Kərimova

Şou

14 Fevral 2021 18:17 1347


“Çox illər əvvəl o mənim  qızıma dedi ki, anana yiyə dur. Röyaya o sözü bağışlamadım. Bir dəfə ondan qisasımı aldım”.

Yenisabah.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova “Atv maqazin onlarla” verilişinə müsahibəsi zamanı deyib. Müğənni Röya Ayxana qarşı artıq incikliyi qalmadığını bildirib:

“Röyanın ürəyi var. Bilirsiniz o mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, onu bələmək, sığallamaq istəyirsən. Onları xatırladır”. Marqarita pizza

F.Kərimova “33 sual” rubrikasının aparıcısı Ruslan Ağayevin “Aranızda sülh yaranıb” sualına isə “Mən heç nəyi unutmuram. Qisas alanam. Ancaq elə insanlar var ki, onlara qıymıram” cavabını verib.  /Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!