Röyanın 4 günlük konserti payıza qaldı

saytların hazırlanması

Evə çatdırılma

Röyanın 4 günlük konserti payıza qaldı

Şou

26 Aprel 2020 18:31 1018


Xalq artisti Röya Ayxan “Nazlı” adlı solo konsertinin tarixini növbəti dəfə dəyişdirib.

Yenisabah.az xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan musiqili gecə payızda baş tutacaq. Belə ki, daha əvvəl 14, 15, 16 və 17 may tarixlərində keçirilməsi planlaşdırılan tədbir 1,2,3 və 4 oktyabrda baş tutacaq.

Qeyd edək ki, əvvəlcə mart ayında keçirilməsi düşünülən konsert Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq, may ayına keçirilmişdi. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!