Röyaya efir qadağası qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Röyaya efir qadağası qoyuldu

Şou

25 İyun 2019 13:54 2692


Əməkdar artist Röya Ayxana efir qadağası qoyulub.

Artıq müğənninin klipləri “MTV Azərbaycan” kanalında yayımdan götürülüb. Həmçinin, kanalın rəhbəri Rəhim Rəhimli sənətçi haqda informasiyaların verilməsinə də qadağa tətbiq edib.

Bildirilir ki, buna səbəb Röya Ayxanın “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında işlətdiyi fikirlər olub. Həmin verilişdə sənətçi “Onsuz da bütün mahnılar “Youtube”da izlənilir. Klip saatı varsa, nümayiş etdirsinlər. Bir kanal lazımdır ki, orada kliplər yayımlansın. Amma ən azından “Xəzər” kimi səviyyəli bir kanal olsun” replikasını atıb. pizza

Həmin verilişdən dərhal sonra isə “MTV Azərbaycan”da Röya ilə bağlı məlum qərar verilib.

Qeyd edək ki, Rəhim Rəhimli sözügedən kanalda müğənnilər Kərim Abasov və Niyam Salaminin də efirdə görünməsinə qadağa qoyub.

Axşam.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!