Müğənni Roza Zərgərli Bülənt Ərsoyla görüşüb.
Yenisabah.az xəbər verir ki, aylar əvvəlki görüşdən çəkilmiş fotonu sosial şəbəkə hesabında paylaşan R.Zərgərli “Diva”nı Bakıda gözlədiyini yazıb: "Yaxın aylarda Bakıda sizi sevə-sevə gözləyirik. Bu il hər birimizə çətin oldu. Amma yenə də hər birimiz xoşbəxtik. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
Müşahidəçilər müğənninin aylar əvvəlki şəkilləri paylaşmasını yenidən gündəmə gəlmək cəhdi kimi qiymətləndiriblər. Onlar hesab edirlər ki, Roza Zərgərli Bülənt Ərsoyun vasitəsilə yenidən gündəmə gəlmək, özünü reklam etmək istəyir. pizza sifarişi
Qeyd edək ki, sənətçinin oktyabrın 24-də Bakıdakı məkanların birində konsert proqramı ilə çıxış etməsi planlansa da, konsert pandemiyaya görə təxirə salınıb.
Telegram kanalımız