Müğənni Roza Zərgərli bəzi həmkarlarının koronavirusa yoluxsa da efirlərə getdiyini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan "Xəbər-ətər" proqramının qonağı olan R.Zərgərli bu açıqlaması ilə qalmaqala səbəb olub. Sənətçi həmkarlarının virusa yoluxduqları halda efirlərə getdiyini deyib:
"Kökəlmişəm, heç bir pəhriz də saxlamıram. Koronavirusdan qorunmaq üçün yeyin, için, sağlamlığınıza qulluq edin. Röya düz yazmışdı, koronavirusa yoluxanda gizlətməyin. Mən də yoluxmuşam, keçdi getdi. Bu yaxınlarda bir sənət yoldaşımız efirə gəlib, xəstədir. Özü də bilir ki, koronovirusdur, demir. Deyirəm, koronavirusa yoluxmusan, boynuna almır. İnsanlar məsuliyyətli olmalıdır. Biz bir-birimizi qoruduğumuz kimi, ətrafımızdakıları da qorumalıyıq". pizza
Telegram kanalımız