Ruben Vardanyan Rusiyadakı “Atom” layihəsindən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Ruben Vardanyan Rusiyadakı “Atom” layihəsindən imtina etdi

Dünya

07 Oktyabr 2025 09:51 373


Bir neçə il əvvəl “Kamaz”ın baş direktoru Sergey Koqoqinlə birlikdə Rusiyanın “Atom” elektromobilinin yaradıcısına sərmayə qoyan Ruben Vardanyan layihədən imtina edib.

Yenisabah.az xəbər verir ki, Koqoqin və Vardanyan 2021-ci ildə hər biri layihəyə 360 milyon rubl sərmayə qoyan ilk investorlar olub.

Vardanyan oktyabrın 1-də 25%-lik payını “Vosxod”un hesabına keçirib. Bu şirkətin digər ortaq sahibləri Koqogin (37,5%) və Spektr MMC-dir (37,5%), Vaqan Babloyan (60%), Mixail Broytman (20%) və Janna Xaliullinadır (20%). pizza hut

Xatırladaq ki, 2022-ci ildə "qarabağ respublikası" hökumətinin başçısı olan iş adamı 2023-cü ilin sentyabrında Azərbaycan hakimiyyəti tərəfindən saxlanılıb və hazırda həbsdədir. O və digər separatçıların işi üzrə məhkəmə prosesi gedir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!