Rubinyan ABŞ rəsmisi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Rubinyan ABŞ rəsmisi ilə görüşdü

Dünya

17 Noyabr 2025 13:02 350


Ermənistan-Türkiyə Sülh Prosesi üzrə xüsusi nümayəndə, Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan İrəvanda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Hukerlə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rubinyan “Facebook” səhifəsində yazıb.

“Biz regional hadisələri və Ermənistan-Türkiyə sülh prosesini müzakirə etdik”, - o qeyd edib. pizza hut

Bundan əvvəl ABŞ-ın Ermənistandakı səfirliyi ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavininin Ermənistana gəldiyi və Ermənistanın baş naziri, Ermənistanın xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi və Ermənistan-Türkiyə sülh prosesi üzrə Ermənistanın xüsusi nümayəndəsi ilə görüşlər keçirəcəyini bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!