Rubinyan türk elçi ilə danışıqlar barədə: “Hər şey davamlılıqdan asılıdır“

saytların hazırlanması

Evə çatdırılma

Rubinyan türk elçi ilə danışıqlar barədə: “Hər şey davamlılıqdan asılıdır“

Rəsmi

18 Yanvar 2022 16:24 777


“Türkiyə nümayəndəsi ilə ilk görüş konstruktiv atmosferdə keçib, lakin ümumilikdə prosesin necə gedəcəyi tərəflərin hazırlığından və konstruktiv davamlılığından asılıdır”.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, Türkiyə münasibətlərin normallaşması prosesində Ermənistan təmsilçisi olan Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan tərəfinin istəyi mümkün qədər tez substantiv danışıqlara qoşulmaqdır, çünki biz real problemlərin həllində, yəni ilk növbədə sərhədlərin açılmasında maraqlıyıq”, - deyə o, əlavə edib. Dördpendirli pizza

Sergey Lavrovun Ermənistan tərəfinin demarkasiya və delimitasiya ilə bağlı konkret təkliflər irəli sürdüyü barədə açıqlamasına toxunan Rubinyan bunun nədən getdiyi barədə məlumatı olmadığını bildirib. Eyni zamanda, Xarici İşlər Nazirliyinə və ya hökumətə müraciət etməyi xahiş edib.

“Lakin ideyalar aidiyyatı qurumlar və rəsmilərimizin ictimaiyyətə açıqladığı sferadadır”, -deyə Rubinyan yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!