Rubio: ABŞ NATO-da qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Rubio: ABŞ NATO-da qalacaq

Dünya

03 Aprel 2025 15:26 247


ABŞ dövlət katibi Marko Rubio ABŞ-nin NATO-da fəal rol oynamağa davam edəcəyini, Vaşinqtonun ittifaqın güclənməsini istədiyini bildirib.

Yenisabah.az xəbər verir ki, o qeyd edib:

"Birləşmiş Ştatlar NATO-da həmişə fəal rol oynayıb. ABŞ prezidenti Donald Tramp NATO-ya qarşı deyil. O hər bir ölkəyə şamil olunan müqavilənin öhdəliklərini yerinə yetirmək üçün lazımi imkanlara malik olmayan NATO-ya qarşıdır". pizza sifarişi

Rubio bildirib ki, bir sıra dünya və Amerika KİV-lərində ABŞ və NATO mövzusunda baş verən isteriya və şişirtmə heç bir şəkildə əsaslı deyil:

"Biz NATO-nun daha güclü, daha möhkəm olmasını istəyirik. NATO-nun daha güclü və möhkəm olmasının yeganə yolu tərəfdaşlarımızın, bu mühüm alyansın bir hissəsi olan üzv dövlətlərin daha çox varianta malik olmasıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!