Vaşinqton danışıqlar prosesini ləngitməkdə maraqlı olmadığı üçün yaxın gələcəkdə Ukrayna nizamlanmasında irəliləyiş görəcəyinə ümid edir.
Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
O, Brüsseldə mətbuat konfransında deyib: "Hansısa bir anda aydın olacaq ki, siz sülh istəyirsiniz, ya yox. Həmin vaxt asrtıq yetişir". Dördpendirli pizza
Dövlət katibinin sözlərinə görə, ABŞ bu danışıqları əbədi davam etdirmək niyyətində deyil: "Bu, təhdid deyil, sadəcə olaraq Amerikanın mövqeyinin izahıdır. Biz indi irəliləyiş əldə etməli olduğumuz mərhələyə çatmışıq. Ümid edirəm ki, sülhə nail olacağıq".
Telegram kanalımız