Rubl dəyər itirir   - Manatı nə gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

Rubl dəyər itirir - Manatı nə gözləyir?

İqtisadiyyat

05 İyul 2023 18:27 10343


Rusiya rublu son 2 ayda dollara nisbətən 14.0 faiz ucuzlaşıb. Sanksiyalar rublu sıxmağa davam edir.

Yenisabah.az xəbər verir ki, iqtisadçi deputat Vüqar Bayramov bildirib ki, rublun manata nisbətdə dəyər itirməsi isə ixrac etdiyimiz qeyri-neft məhsullarının rublun ifadəsində bahalaşmasına səbəb olur:

"Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. Digər tərəfdən, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Bu baxımdan, Rusiya pulunun manata nisbətən dəyər itirməsi Azərbaycanın ixrac edilən qeyri-neft məhsulların rubl ifadəsində bahalaşmasına səbəb olur. Bu isə qeyri-neft ixrac imkanları baxımından arzuolunan deyil". pizza mizza

Onun sözlərinə görə, hazırda manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılıdır:

"Tədiyə balansında profsit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin ilk 5 ayında 5.1% möhkəmləndirib. Tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Bu aspektdən, ixracatın strukturunun keyfiyyət baxımdan daha da təkmilləşdirilməsi prioritetdir. Rusiya daxil olmaqla, qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!