Rubl tədricən kağız parçasına çevrilir

saytların hazırlanması

Evə çatdırılma

Rubl tədricən kağız parçasına çevrilir

İqtisadiyyat

07 Mart 2022 17:07 789


Bazar ertəsi “Forex”də dollar və avronun rubla qarşı məzənnəsi tarixi maksimuma çatıb və hazırda cümə günü ticarətin bağlandığı andakı göstərici ilə müqayisədə, təxminən, 20% baha ticarət edilir. 

“Report” xəbər verir ki, bunu “Bloomberg” agentliyinin məlumatları göstərir.

Belə ki, saat 13:23-ə olan məlumata görə, “Forex”də avronun rubla nisbətdə məzənnəsi cümə günü ilə müqayisədə təxminən 20,4% artaraq bir avro üçün 143,37 rubl təşkil edib. Dolların məzənnəsi isə 27% - bir dollar üçün 133 rubla qədər artıb. Daha əvvəl isə ticarətin gedişində avronun məzənnəsi 145,869 rubl göstərici ilə maksimuma çatmış, dollar isə 140,2547 rubla qədər artmışdı. Toyuqlu pizza

Rusiya Bankının qərarına əsasən, bu gün Moskva birjasında valyuta ticarəti keçirilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!