Rubl yenidən çökdü - Rekord ucuzlaşma 

saytların hazırlanması

Evə çatdırılma

Rubl yenidən çökdü - Rekord ucuzlaşma 

İqtisadiyyat

06 Oktyabr 2023 09:58 905


Moskva valyuta birjasında bu günün son hərracı Rusiya rublunun dollar qarşısında kəskin dəyər itkisi ilə yekunlaşıb. 

Yenisabah.az xəbər verir ki, hərraclarda 1 dollar 100,55 rubla ticarət olunub. Bu, 2023-cü ildə ilk belə haldır. 

Bu gün Valday Klubunun toplantısında sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin hakimiyyətin milli valyutanın zəiflədiyini gördüyünü, Mərkəzi Bank və hökumətin bu problemi həll etmək üçün düzgün addımlar atdığını deyib: "Bəli, bizim problemlərimiz var. Biz bunları görürük: gəlirlərin qaytarılmaması, milli valyutanın zəifləməsi - bunu görürük. Buna həm Mərkəzi Bank, həm də hökumət reaksiya verir. Əminəm ki, atılan addımlar düzgündür, nəticələr var və yaxşı olacaq”.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!