Rublun məzənnəsi necə dəyişəcək? -  Nazir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Rublun məzənnəsi necə dəyişəcək? -  Nazir açıqladı

İqtisadiyyat

04 Noyabr 2023 15:32 3455


Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, görülən tədbirlər, o cümlədən ixracatçıların valyuta gəlirlərinin məcburi satışı sayəsində rublun məzənnəsi sabitləşib. 

Yenisabah.az "Kommersant"a istinadən xəbər verir ki, nazirlik rublun bu parametrlər daxilində qalmasını gözləyir.

“Mövcud vəziyyət ondan ibarətdir ki, ixracatçılar öz mallarını xarici bazarlara çıxarır, lakin oradan əldə olunan gəlirlərin hamısı buraya gətirilmir. Bu isə sadəcə olaraq məzənnənin xarici valyutalara nisbətinə təsir edir", - Siluanov deyib. Sezar pizza

O vurğulayıb ki, valyuta məzənnələrindən və onların dəyişməsindən minimum asılılığa çalışmaq lazımdır. Nazir qeyd edib ki, xaricdən gətirilən mallardan tamamilə imtina etmək mümkün deyil, lakin müəyyən məhsulların istehsalı üçün şərait yaradılması vacibdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!