"Artıq bir neçə gündür ki, rus rublu ucuzlaşır. Nəticədə Rusiya Federasiyasına mal ixrac edən erməni iş adamları çətin vəziyyətə düşüb".
Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
“Mütəxəssislər son günlər Rusiya rublunun ucuzlaşması ucbatından ixracın əhəmiyyətli dərəcədə azala biləcəyini proqnozlaşdırırlar. Təbii ki, bu yeni devalvasiya dalğası əlavə narahatlıqlar yaradır və Ermənistan iqtisadiyyatına mənfi təsir göstərəcək. Buna görə də, Rusiya bazarı ilə əlaqəsi olan Ermənistan təsərrüfat subyektlərinin nümayəndələri, sahibkarlar hazırda böyük itkilər yaşayırlar. pizza mizza
Ermənistanın təsərrüfat subyektlərinin, xüsusilə bu dövrdə kənd təsərrüfatı məhsullarını ixrac edən və məhsullarının Rusiya bazarında satışı ilə bağlı müəyyən gözləntiləri olan nümayəndələri indi çətin vəziyyətdədirlər. Digər tərəfdən, işlər belə davam edərsə, bunun Ermənistana pul köçürmələrinə də böyük təsiri olacaq. Bundan əlavə, ekspertlərin fikrincə, rublun məzənnəsi nə qədər aşağı olarsa, insanların alıcılıq qabiliyyəti də bir o qədər aşağı düşür. Ona görə də yaxşı heç nə gözlənilmir”, - deyə "Joxovurd" qeyd edib.
Telegram kanalımız