Rüfət “Şalke”də növbəti qolunu vurdu

saytların hazırlanması

Evə çatdırılma

Rüfət “Şalke”də növbəti qolunu vurdu

İdman

14 Oktyabr 2021 09:45 1008


Almaniyanın Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası doğma meydanda Köln “Fortuna”sı ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Şalke”nin yeganə qolunu da Dadaşov vurub. Millimizin sabiq hücumçusu 83-cü dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb. pizza mizza

“Şalke 2” bu nəticədən sonra 12 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!