Tanınmış müğənni Rüfət Axundov sosial şəbəkələrdə ona yazılan təhqirlər barədə danışıb.
Yenisabah.az xəbər verir ki. ARB telekanalında yayımlanan “Hüseynova bacıları” proqramında qonaq olan sənətçi ona yazılan təhqirlərin anasına pis təsir etdiyini deyib:
“Hərdən oxuyuram şərhləri, deyirəm ki, müsəlmanıq da. Xaricilərdə bir dənə mənfi rəy olmur. 25 ildir səhnədəyik, bir dəfə maşınla, saatla foto paylaşıram, yazırlar ki, bildik də pulun var, maşının var. Mən onun üçün paylaşıram? Belə pis rəylər ən çox anaya təsir edir. Belə şeylərə ehtiyac yoxdur, məndən xoşunuz gəlmirsə, baxmayın. Anam bütün günü məni “güdür”, bu yaşımda da deyir ki, nazik geyinmə filan. O rəyləri oxuyanda ona pis təsir edir”. Dördpendirli pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız