Ruhaninin cavabı Trampı özündən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Ruhaninin cavabı Trampı özündən çıxardı

Dünya

16 Avqust 2020 17:47 746


ABŞ Prezidenti Donald Tramp BMT-nin Tehrana qarşı sanksiyalarının birtərəfli qaydada bərpası üçün mübahisəli müddəadan faydalanacağını vəd edib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb İran Prezidenti Həsən Ruhaninin ABŞ-ın Tehrana silah embarqosunu uzatmaqla bağlı BMT TŞ-də “alçaldıcı məğlubiyyətə” uğradığını bildirməsi olub.

“Biz embarqonu bərpa edəcəyik. Gələn həftə siz bunun şahidi olacasınız”, - D.Tramp mətbuat konfransında deyib. Toyuqlu pizza

Bundan əlavə, Donald Tramp ABŞ-ın 2015-ci ildə bağlanmış İranla nüvə sazişindən çıxmasına baxmayaraq, hələ də onun iştirakçısı olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!