Rumıniya klubu “Neftçi”nin “Qalatasaray”ı udmasını arzulayır

saytların hazırlanması

Evə çatdırılma

Rumıniya klubu “Neftçi”nin “Qalatasaray”ı udmasını arzulayır

İdman

10 Sentyabr 2020 20:45 1361


Rumıniyanın "Styaua" klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində səpələnmişlər səbətində yer ala bilər.

Yenisabah.az xəbər verir ki, bunun üçün II təsnifat mərhələsində mübarizə aparan iddialı komandalardan ən azı ikisi mübarizəni dayandırmalıdır.

Həmin klublar arasında "Neftçi"nin rəqibi olan Türkiyə "Qalatasaray"ı da var. Rumıniyalılar III raundda "Sportinq" (Portuqaliya), "Volfsburq" (Almaniya), PSV (Niderland), "Tottenhem" (İngiltərə) və "Beşiktaş" (Türkiyə) kimi güclü kollektivlərlə qarşılaşmamaq üçün Azərbaycan təmsilçisinin qələbəsini arzulayır. Toyuqlu pizza

"Styaua" II təsnifat mərhələsində Serbiya təmsilçisi "Baçka Topola" ilə üz-üzə gələcək.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!