Ruslar banka pullarını Azərbaycan manatı ilə qoyacaqlar?   - İqtisadçıdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ruslar banka pullarını Azərbaycan manatı ilə qoyacaqlar? - İqtisadçıdan açıqlama

İqtisadiyyat

15 Mart 2022 10:20 1553


“Rusiya banklarında Azərbaycan manatı ilə əmanətlərin açılması müharibənin, sanksiyaların yaratdığı yeni reallıqdır".

Bunu Yenisabah.az-a danışan iqtisadçı Xalid Kərimli deyib.

Qeyd edək ki, Rusiya bankları öz müştərilərinə bu ölkəyə qarşı məhdudiyyətlər tətbiq etməyən dövlətlərin valyutalarında əmanət hesabları açmağa icazə verib. Məsələn, "Tinkoff Bank" və digər rus bankları yalnız yuanla deyil, həm də Azərbaycan manatı, Belarus rublu, Qazax təngəsi, BƏƏ dirhəmi, türk lirəsi, Hindistan rupisi, erməni dramı, Honq-Konq dolları və s. ilə əmanətlər təklif edir.  pizza sifarişi

Rusiya vətəndaşları öz hesablarındakı pulu mövcud məzənnəyə uyğun rublla ala biləcəklər.

"Bu, Azərbaycan manatının rus rublu ilə müqayisədə gücləndirəcəkmi" sualını Xalid Kərimli cavab verib:

"Rusiya banklarının yaratdığı bu imkan çox böyük həcmdə manat depozitlərinin yerləşdiriləcəyinə gətirib çıxarmayacaq, yəni manata olan tələbat artmayacaq. Bu proses çox cüzi və əhəmiyyətsiz olacağına görə Azərbaycan manatının dəyərinə xüsusi təsir etməyəcək.

Əgər böyük tələb yaranarsa, manatın dəyərə minməsi prosesi baş verə bilər. Düşünmürəm ki, rus vətəndaşının manatla banka depozit yatırmağa həvəsi olsun. Ümumən bu məsələni onların  Azərbaycan manatına güvəninin hansı səviyyədə olması həll edəcək”. 

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!