"Artıq 9 aydır ki, Ermənistanın Sünik vilayətində Rusiya sərhədçiləri, “Dövlət sərhədi haqqında” Qanuna uyğun olaraq, xidmət keçir və Meqri-Aqarak yolunda modul dayaq məntəqələri quraşdırıb".
Yenisabaha.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Meqri şəhərinin genişləndirilmiş icmasının rəhbəri Baqrat Zakaryan bildirib.
Onun sözlərinə görə, bu dayaq məntəqələrin quraşdırılmasının səbəbləri açıqlanmayıb. İcma rəhbəri bununla bağlı aidiyyatı qurumlarla əlaqə saxlamağı xahiş edib. pizza hut
B. Zakaryan əmin edib ki, Rusiya sərhədçilərinin xidməti Ermənistan və Rusiyanın imzaladığı sənədlər əsasında həyata keçirilir:
“Bu sərhəd zonasında sərhəd keçidləri var. Rusiya sərhəd qoşunlarının əhəmiyyəti də bundan ibarətdir. Bu o deməkdir ki, zərurət yarandıqda vətəndaşlar pasportu Rusiya sərhədçilərinə təqdim etməlidir. Yalnız bundan sonra onlar istehkamı keçə bilərlər”.
İcma rəhbərinin sözlərinə görə, Rusiya sərhədçiləri hər dəfə vətəndaşları yoxlamır, lakin nəqliyyatın bir saatdan çox müddətə dayandırılması halları olur ki, bu da sakinlərin qəzəbinə səbəb olur.
Qeyd edək ki, "Yerevan. Today" portalı Ermənistanın suveren ərazisində, Meğri-Aqarak yolunda Rusiya sülhməramlıları sənədləri və yükləri yoxladığı barədə məlumat yayıb.
Telegram kanalımız