Rusiyanın Ukraynaya hücumunun 7-ci günü bəzi rus əsgərlərinin əsəb böhranı ərəfəsində olduğunu ortaya çıxarıb.
Yenisabah.az xəbər verir ki, Britaniya mətbuatının yazdığına görə, yayılan bəzi görüntülər “Rusiya lideri Vladimir Putinin qoşunlarının tam dağılma vəziyyətində olduğunu” göstərir.
Belə ki, Britaniyanın “ShadowBreak” kəşfiyyat şirkəti Ukraynada rus qoşunları arasında aparılan bəzi danışıqların səs yazılarını ələ keçirib. Video və audio materiallar bəzi əsgərlər arasında iğtişaşlar olduğunu göstərir. Dominos pizza
Britaniya mediası yazır ki, bir çox rus əsgəri Ukraynada mülki yaşayış məntəqələrini bombalamaq əmrinə etiraz edir, bəziləri hətta buna əməl etməkdən belə imtina edir.
Hava rabitəsi zamanı bir rus əsgərinin göz yaşlarına boğulduğu eşidilir, başqa bir əsgər anasına göndərdiyi mesajda “Tək istədiyim özümü öldürməkdir” deyərək hönkürərək ağlayır.
Qida və yanacaq qıtlığına etiraz edən qəzəbli başqa bir əsgərsə “Üç gündür buradayıq. Bunlar nə vaxt hazır olacaq?”- deyə qışqırır.
İngiltərənin “Teleqraf” qəzetinə danışan “ShadowBreak”-in qurucusu Samuel Kardillo ələ keçirilən bəzi mesajların müharibə cinayətinin sübutu olduğunu bildirib.
ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi də “New York Times” qəzetinə bildirib ki, bəzi rus əsgərləri müharibədən qaçmaq ümidi ilə yanacaq tankerlərinə deşiklər açıblar.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız