Rus əsgərlərinin cəsədləri “Ural“ maşınlarla Belarusa daşınır   - Sakinlər şokda

saytların hazırlanması

Evə çatdırılma

Rus əsgərlərinin cəsədləri “Ural“ maşınlarla Belarusa daşınır - Sakinlər şokda

Maraqlı

13 Mart 2022 11:44 3383


Ukraynada müharibə başlayandan Belarusun Qomel, Mozır və Narovlya şəhərlərindəki xəstəxanalar yaralı rusları, meyitxanalar isə ölüləri qəbul etməyə başlayıb.

Yenisabah.az xəbər verir ki, bu haqda ABŞ-ın "Azadlıq" radiosunun Belarus redaksiyası özəl mənbələrinə istinadla məlumat yayıb.

Təfərrüatlar:  Sezar pizza

Nəşrin məlumatına görə, Belarus həkimləri belə informasiyaları  açıqlamamaq barədə müqavilə imzalayıblar. Bəzi həkimləri işdən çıxarmaqla hədələyiblər.

Mənbələr Mozır və Qomeldəki morqların rusların cəsədləri ilə dolu olduğunu təsdiqləyir. Keçən həftə Mozırda onları dərhal Rusiya Dəmir Yollarının qatarlarına yükləyiblər.

"Qeyri-real dərəcədə çox cəsəd var idi! Mozır stansiyasındakı insanlar qatara yüklənmiş cəsədlərin sayından, sadəcə, şoka düşdülər. İnsanlar video çəkməyə başladılar, lakin hərbçilər onları yaxaladılar və çəkilişlərin silinməsini əmr etdilər.

Mozır yaxınlığındakı Kamenka kəndində qəbiristanlığın qarşısı kəsilib, ora heç kəs buraxılmayıb, mühafizəçilər qoyulub. Yəqin orda rusları basdırmağa başlayıblar. Xüsusilə nəzərə alsaq ki, Kamenka yaxınlığında aerodrom və rusların böyük düşərgəsi var”, - Mozır sakini belə deyib.

Başqa bir mənbə bildirib ki, Mozırdakı xəstəxana hələ də bütün həkimlər, hətta aşağı səviyyəli mütəxəssislər tərəfindən baxılan yaralı ruslarla doludur.

Eyni zamanda, buradakı yerli sakinlər rentgen etdirə bilmir - onları uşaq xəstəxanasına göndərirlər.

Qomel sakinləri deyiblər ki, yaralı ruslar avtobus və "PAZ"-larla, ölənlər isə yük maşınları ilə aparılır.

"Onların cəsədlərini "Ural" maşınlarla hava limanına, oradan isə Rusiyaya aparırlar", - Qomel sakini bildirib./Moderator.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!