“Rus Evi”nin məsələsi iki nəfərin görüşündən asılıdır – Bakıdakı “casus yuvası” yenidən açılacaq?

saytların hazırlanması

Evə çatdırılma

“Rus Evi”nin məsələsi iki nəfərin görüşündən asılıdır – Bakıdakı “casus yuvası” yenidən açılacaq?

Siyasət

17 Aprel 2025 11:24 540


"Rossotrudniçestvo" ümid edir ki, Bakıdakı "Rus Evi" ilə bağlı vəziyyət Rusiya və Azərbaycan prezidentlərinin şəxsi görüşündə həll olunacaq.

Yenisabah.az RIA NOvosti-yə istinadla xəbər verir ki, agentliyin rəhbərinin müavini Pavel Şevtsov bildirib.

O bildirib: “Ümid edirik ki, bu məsələ yaxın vaxtlarda Rusiya Federasiyası və Azərbaycan prezidentlərinin şəxsi görüşündə məsələ həllini tapacaq. Biz başa düşürük və Azərbaycan hakimiyyəti də başa düşür ki, bir çox insanlar humanitar müstəvidə qarşılıqlı fəaliyyətə öyrəşiblər". Dördpendirli pizza

“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bundan əvvəl bəyan etmişdi ki, Bakıda “Rus Evi”nin icarəyə götürdüyü binanın sahibi həmin binaları satır və “Rus Evi”nə ay yarım ərzində köçməyi təklif edir.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Moskvaya nota göndərərək, Bakıda “Rus Evi”nin fəaliyyətini düzgün qeydiyyata almadığına görə fəaliyyəti dayandırmağa çağırıb.

Primakov vurğulayıb ki, Rusiya Federasiyası dəfələrlə Azərbaycan qurumları ilə əlaqə saxlayıb, qeydiyyatla bağlı yardım istəyib, lakin cavab almayıb.

Aprel ayında Primakov bildirmişdi ki, Moskva və Bakı Azərbaycandakı "Rus Evi" ilə bağlı kompromis axtarırlar və “hamı konstruktiv və nikbindir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!