Rus fizik “Bayraqdar”ın zəif yerini “tapdı”

saytların hazırlanması

Evə çatdırılma

Rus fizik “Bayraqdar”ın zəif yerini “tapdı”

Rəsmi

07 Noyabr 2021 15:32 5785


"Bayraqdar” zərbə PUA-sı mikrodalğalı silahlardan qorunmur və onu başqa silahlardan istifadə etmədən də vurmaq olar.

Yenisabah.az xəbər verir ki, bu iddia ilə Moskva Radiotexnika İnstitutunun direktor müavini İqor Yesakov çıxış edib.

Ukrayna ordusunun Donbasda bu silahdan istifadə ilə üstünlüyü ələ alacağı barədə danışan fizik bildirib ki, mikrodalğalı top elektroniki yandırmaq imkanına malikdir: Dördpendirli pizza

"Bayraqdar”ın maksimal hücum məsafəsi 8 km təşkil edir. Bu isə uzaqmənzilli mikrodalğalı topun radiusuna düşür. Digər tərəfdən, bu, PUA-nı məhv etmək üçün ən ucuz vasitədir. "Bayraqdar”ı adi raket sistemi ilə də vurmaq olar, ancaq bu çatışmazlığı türklər aradan qaldıra bilərlər. Mikrodalğalı silahdan isə "Bayraqdar”ı qorumaq mümkün deyil”.

Qeyd edək ki, "Bayraqdar” PUA-sının döyüş imkanları və qarşısıalınmazlığı bir çox dünya mərkəzi tərəfindən öyrənilir və ondan qorunmaq üçün müxtəlif ehtimallar səsləndirilir. Rusiyalı fizikin də bu fikirləri praktik deyil, ehtimallar üzərində qurulmuş fərziyyədir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!