Rus generalı İrəvana səfər etdi

saytların hazırlanması

Evə çatdırılma

Rus generalı İrəvana səfər etdi

Rəsmi

13 İyul 2021 19:23 1087


İyulun 13-də Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rus hərbçiləri İrəvana ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində baş verən növbəti heyət danışıqlarında iştirak etmək üçün gəliblər. Pepperoni pizza

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Arutyunyana qarşıdakı işlərin istiqamətləri və həcmi barədə məlumat verib, həmçinin, ikitərəfli əməkdaşlıqla bağlı məsələləri açıqlayıb.

Ermənistanın müdafiə naziri erməni tərəfi üçün ən böyük əhəmiyyət kəsb edən bir sıra məsələləri sadalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!