Rus hərbçiləri İrəvana gəldi

saytların hazırlanması

Evə çatdırılma

Rus hərbçiləri İrəvana gəldi

Rəsmi

03 Sentyabr 2021 11:37 2653


Sentyabrın 2 -də Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi mütəxəssislərindən ibarət nümayəndə heyətini qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiya nümayəndə heyəti Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində növbəti danışıqlarda və müzakirələrdə iştirak etmək üçün İrəvana gəlib. Pepperoni pizza

Nümayəndə heyətinin rəhbəri, general-mayor Valeri Jila erməni müdafiə nazirinə qarşıdakı işlərin istiqamətləri və əhatə dairəsi barədə məlumat verib, həmçinin ikitərəfli əməkdaşlıq və müzakirə mövzularını qeyd edib.

Görüş zamanı Ermənistanın müdafiə naziri Arşak Karapetyan erməni tərəfi üçün ən vacib olan bir sıra məsələləri vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!