Rus hərbçilərinin Ermənistan sərhədində nə işi var? - Nazirlikdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Rus hərbçilərinin Ermənistan sərhədində nə işi var? - Nazirlikdən açıqlama

Rəsmi

18 Avqust 2021 15:51 10242


Ermənistanın Xarici İşlər Nazirliyi ərazi mübadiləsi ilə bağlı heç bir ölkə ilə danışıqların aparılmadığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, nazirlik Rusiya sərhədçilərinin sərhədə yerləşdirilməsinin geniş Ermənistan-Rusiya qanunvericilik bazası əsasında həyata keçirildiyi diqqətə çatdırıb.

Bildirilib ki, Müdafiə Nazirliyi prosesin Ermənistan tərəfində həyata keçirilməsi üçün səlahiyyətli orqan kimi çıxış edir, lakin Xarici İşlər Nazirliyi də öz xətti ilə bu məsələnin həllində iştirak edir. pizza sifarişi

Qeyd edək ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi rus sərhədçilərinin Voskepar sərhəd icmasında yerləşdiyini xəbər vermişdi. Son aylarda Tavuş bölgəsinin bəzi hissələrinin Azərbaycana keçə biləcəyi ilə bağlı mesajlar sosial şəbəkələrdə və mediada fəal şəkildə yayılır. Ermənistan isə bundan ciddi şəkildə narahatdır. Görünür, Ermənistan XİN-in yeni açıqlaması da elə bundan qaynaqlanır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!