Rus hərbçisi “Report”un avtomobilinə avtomat silahla zərər yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Rus hərbçisi “Report”un avtomobilinə avtomat silahla zərər yetirdi

Rəsmi

12 Dekabr 2022 11:47 976


Rusiya sülhməramlılarının hərbçisi “Report”un avtomobilinə avtomat silahla zərər yetirib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində baş verib. Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə həmin ərazidə etiraz aksiyası keçirirlər.

Aksiyanın işıqlandırılmasında iştirak edən “Report” İnformasiya Agentliyinin (İA) avtomobilinə zərər yetirilib. Sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı ilə avtomobili əzib. Toyuqlu pizza

Hazırda etiraz aksiyası davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!