Rus keşiş 3 günə Qarabağdan çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

Rus keşiş 3 günə Qarabağdan çıxarılacaq

Rəsmi

22 Fevral 2021 15:17 1391


Rəsmi Bakı 20 fevral 2020-ci il tarixində Xankəndi şəhər sakinlərinin antiazərbaycan siyasi yürüşündə Rusiyanın bir neçə sülhməramlısının iştirakı faktına hələlik münasibət bildirməyib.

XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Turan-dan xahiş edib ki,  Qarabağın Azərbaycandan ayrılması uğrunda hərəkatın ("Miatsum"adlandırılan) başlanmasının 33 illiyi münasibətilə keçirilən yürüşdə Qarabağ separatçılarının liderləri Arayik Arutyunyan və Vitali Balasyanla yanaşı addımlayan hərbi keşişin FB-da yayımlanmış fotosu ona göndərilsin. Agentlik  fotoları və rəsmi rəyi təqdim etmək xahişilə sorğunu XİN-ə göndərib.

Azərbaycan cəmiyyətində fevralın 20-də keçirilən aksiyada Rusiyanın Qarabağdakı hərbi kontingentinin nümayəndələrinin fəal iştirakı Kremlin ermənilərin separatçılıq niyyətlərini dəstəkləməsinin göstəricisi kimi qiymətləndirilir. Toyuqlu pizza

Əldə olunan qeyri-rəsmi məlumata görə, rəsmi Bakının narazılığı Rusiya rəhbərliyinə çatdırılıb. Həmin mənbələr bildirirlər ki, Azərbaycanın etirazı baxılmaq üçün sülhməramlıların komandanlığı tərəfindən qəbul edilib. Yaxın 2-3 gündə həmin keşiş Azərbaycandan çıxarılacaq, - mənbə bildirib.

Digər məlumatlara görə, Xankəndidə antiazərbaycan aksiyasının fəal iştirakçısının dini statusu və adı "ierey Boris"dir və o, hərbi keşişdir.

Yürüşdən sonra fevralın 20-də o, Kəlbəcərdə Xudavənd alban monastırını ziyarət etmək niyyətində olub, ancaq Azərbaycan Ordusunun hərbçiləri onu məbədə buraxmayıblar.

Rusiyalı politoloq, RF ordusunun keçmiş zabiti Oleq Kuznetsov FB-də müzakirələrdə RF hərbi keşişlərinin intellektual səviyyəsi haqda kəskin mənfi fikir bildirib və yazıb ki,  və bu vəzifəni uğursuz siyasi rəhbərlərə verirlər. O əlavə edib ki, RF hərbi keşişləri hərbi komandirlərə yox, öz dini rəhbərliklərinə tabedirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!