Rus ordusu Dağıstanda hərbi təlim keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Rus ordusu Dağıstanda hərbi təlim keçirdi

Rəsmi

09 Aprel 2022 13:38 593


Rusiyanın Xəzər Donanmasının (XDD) hərbçiləri Dağıstanda terrorizmlə mübarizə üzrə təlimlər keçirib.

Yenisabah.az “İnterfaks”a istinadla xəbər verir ki, Rusiya Silah Qüvvələri Cənub Hərbi Dairəsinin məlumatında deyilir:

"Təlim planına əsasən, diversantlar Kaspiysk şəhərindəki hərbi hissənin ərazisinə soxulmaq, əsas komanda məntəqələrini ələ keçirmək və rabitə vasitələrini sıradan çıxarmaq məqsədilə nəzarət-buraxılış məntəqəsinə hücuma cəhd ediblər”. pizza mizza

Növbətçi hissə antiterror qrupu ilə birlikdə təlim komandanlığını aldıqdan sonra həyəcan siqnalı verib. Hərbi qulluqçular operativ şəkildə tapşırıqların yerinə yetirildiyi ərazilərə gələrək, hərbi hissənin ərazisinə yaxınlaşmaların qarşısını alıb, həmçinin hərbi obyektin növbəti müdafiəsini təşkil ediblər.

Həmçinin şərti düşmənin vaxtında aşkarlanması və növbətçi hissənin antiterror qrupu ilə hərəkətlərinin əlaqələndirilməsinə xüsusi diqqət yetirilib. Tədbirdə XDD-in 50-yə yaxın hərbi qulluqçusu iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!