Rus ordusu qadağan olunmuş silahdan istifadə edib - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Rus ordusu qadağan olunmuş silahdan istifadə edib - İDDİA

Maraqlı

13 Mart 2022 10:37 437


Luqansk vilayətinin Popasna şəhərində rus ordusu fosforlu sursatlardan istifadə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın Patrul Polisi Departamenti rəisinin birinci müavini Aleksiy Biloşitski “Facebook” sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, fosforlu sursatları qadağan edilib, onlar dağıdıcı və yandırıcı nəticələrə gətirib çıxarır. Toyuqlu pizza

“Bunu nasistlər “Brennende Zwiebel” adlandırırdılar. Bunu indi işğalçılar şəhərlərimizə buraxırlar. İnanılmaz əzablar və yanğınlar var”, - deyə Beloşitski vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Serhiy Qaydai Lisiçansk, Severodonetsk və Rubijne şəhərlərinin ətrafında döyüşlərin getdiyini, Popasna və Qorskayanın isə davamlı olaraq atəşə tutulduğunu bildirmişdi.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!