Rus ordusu Zəngəzura yerləşdirilir – Əsl hədəf nədir?

saytların hazırlanması

Evə çatdırılma

Rus ordusu Zəngəzura yerləşdirilir – Əsl hədəf nədir?

Rəsmi

23 Fevral 2021 07:10 891


Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının bir hissəsi Sünik (Zəngəzur) bölgəsinə yerləşdiriləcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Vaqraşak Arutyunyan deyib. Onun sözlərinə görə, bununla bağlı danışıqlar gedir.

Qarabağ müharibəsindən sonra belə bir addımın səbəbləri diqqət çəkir. Söhbət rus ordusunun Azərbaycanla sərhəddə yerləşdirilməsindən gedir. Sezar pizza

Bununla Rusiya Türkiyəyə (NATO) qarşı ikinci cəbhədə mövqelənir.

Ermənistanda rus ordusunun saxlanılmasının ana hədəfi NATO (Türkiyə) ilə sərhəd xətti qurmaq olub.

Qarabağ müharibəsi ilə Türkiyənin Azərbaycana gəlişi ruslara görə NATO-nun da gəlişi deməkdir. 102-ci bazanın bir hissəsini Azərbaycanla sərhədə yerləşdirmək planı da uzaq perspektivli hədəf kimi bölgədə NATO-ya qarşı ikinci sərhəd xəttini yaratmaqdır. /Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!