“Düşünürəm ki, bu məsələ, əlbəttə ki, mənim ən yaxın diqqət mərkəzimdə qalacaqdır”.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bildirib.
O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sərhəddəki vəziyyətlə bağlı KTMT təmsilçilərinin bölgəyə gəlməsi təklifini şərh edib. Kopırkinin sözlərinə görə, qarşılıqlı fəaliyyətdə təhlükəsizlik, sabitlik, vəziyyətin gərginləşməsinin qarşısının alınması və bununla əlaqədar ortaya çıxan çox çətin problemlərin həlli ən mühüm məsələlərdir. Toyuqlu pizza
Səfir deyib: "İyun ayının əvvəlində mən Sünik bölgəsini ziyarət etdim və sərhəd boyunca maşın sürdüm, Rusiya sərhədçiləri, Ermənistan sərhədçiləri postlarını ziyarət etdim, taktik qrupumuzun Sisianın Goris şəhərindəki bazasını baş çəkdim”
Xatırladaq ki, iyulun 5-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, KTMT baş katibi Stanislav Zas ilə telefon danışığı zamanı sonuncunun qiymətləndirmələrindən narahat olduğunu bildirib. Təhlükəsizlik Şurasının katibi kimi, mövcud vəziyyətin “sıradan bir sərhəd hadisəsi” saymadığını bildirib və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olmaq üçün KTMT katibliyinə bölgəyə səfər etməyi məsləhət görüb.
Telegram kanalımız