Rus səfiri Ermənistan-Türkiyə sərhədinə baş çəkib

saytların hazırlanması

Evə çatdırılma

Rus səfiri Ermənistan-Türkiyə sərhədinə baş çəkib

Rəsmi

17 Avqust 2021 16:10 977


Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu ölkənin Azərbaycan və Türkiyə ilə həmsərhəd bölgəsinə səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin “Facebook” səhifəsində məlumat paylaşılıb.

Məlumatda qeyd olub ki, diplomat və ailəsi Ararat bölgəsinə səfər edib. pizza hut

Səfər zamanı səfir Kopırkin Ermənistan sərhədinin müəyyən hissələrinə də baş çəkib.

O, Yerasx kəndində Rusiya FSB-nin Ermənistandakı Sərhəd İdarəsinin Ararat sərhəd dəstəsinin rus və erməni sərhədçiləri ilə görüşüb.

Yerasx kəndi Azərbaycanın Heydərabad (Sədərək rayonu) və Türkiyə ilə sərhəddə yerləşir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!