Rus sərhədçiləri Türkiyə ilə sərhəddən çıxarılır?

saytların hazırlanması

Evə çatdırılma

Rus sərhədçiləri Türkiyə ilə sərhəddən çıxarılır?

Dünya

21 Mart 2025 16:47 679


"2024-cü ildə "Zvartnots" hava limanında sərhəd xidmətinin bütünlüklə Ermənistanın sərhəd qoşunlarının həyata keçirməsi barədə qərar qəbul edilib".

Yenisabah.az xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan deyib.

“Eyni şey bu ilin martın 1-dən Aqarak hissəsində, yəni Ermənistan-İran sərhədində tətbiq olunacaq”, - Abazyan qeyd edib. Marqarita pizza

Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması və erməni tərəfdə xidmətin daha da genişləndirilməsi məsələsinin müzakirə olunub-olunmaması ilə bağlı suala Milli Təhlükəsizlik Xidmətinin direktoru belə cavab verib:

“Hazırda bizim başqa konkret qərarımız yoxdur”.

Xatırladaq ki, martın 1-dən etibarən Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsindən çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!