“Rus sərhədçilərinin gəlişi Azərbaycan anklavlarının qaytarılmasına eyhamdır” – Abramyan

saytların hazırlanması

Evə çatdırılma

“Rus sərhədçilərinin gəlişi Azərbaycan anklavlarının qaytarılmasına eyhamdır” – Abramyan

Rəsmi

06 Avqust 2021 15:36 6482


“Tavuşda rus sərhəd zastavalarının peyda olması anklavların təhvil verilməsi ilə bağlı ola bilər”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu "Şərəfim var" parlament fraksiyasının üzvü Tiqran Abramyan bildirib. 

“Məsələ ondadır ki, Müdafiə Nazirliyi yalnız 4-5 gün ərzində mətbuatda video materiallar və fotoşəkillər dərc edildikdən sonra (Azərbaycanın Qazax rayonu ilə həmsərhəd – red.) Tavuş bölgəsində rus sərhəd zastavasının yerləşdirilməsini açıqlayıb. Yəni artıq ictimaiyyətdən gizli şəkildə həyata keçirilən proseslər var. İkincisi, 102-ci hərbi baza çərçivəsində Rusiya qoşunlarının yerləşdirilməsini və ya Ermənistanın müxtəlif bölgələrində istehkamların qurulmasını başa düşə bilərəm. Ancaq Ermənistan hökuməti, Nikol Paşinyan və Müdafiə Nazirliyi bu vəziyyətə dair lazımi əsasları təqdim etməlidir. Çünki bu zastavaların Tavuş bölgəsinə yerləşdirilməsi prosesin məlum anklavların (Qazax rayonunun işğal altında olan 7 kəndi – red.) köçürülməsi, bu mövzuda bir razılaşmanın və sövdələşmənin mövcudluğundan qaynaqlandığını, həmçinin Rusiya dayaq məntəqələrinin artıq bu ərazidə, lazımi yerdə yerləşdirildiyini göstərir”.  Sezar pizza

Abramyan əlavə edib ki, Ermənistanın nəyə əsaslanaraq Rusiyadan Tavuş bölgəsində zastava və ya dayaq məntəqələrini yerləşdirməsini xahiş etdiyini aydınlaşdırılması vacibdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!