Rus sülhməramlılara şok təklif: Ermənilərlə “evlənin”!

saytların hazırlanması

Evə çatdırılma

Rus sülhməramlılara şok təklif: Ermənilərlə “evlənin”!

Rəsmi

22 Noyabr 2021 15:15 4678


Rusiyalı jurnalist Valeriya Olyunina rus sülhməramlılarına Qarabağda yaşayan və müharibədə əri ölmüş erməni qadınlarla ailə qurmağı təklif edib.

O, bu haqda “təklif”lərini özünün Teleqram səhifəsində paylaşıb. Xanım jurnalist belə olacağı təqdirdə rus sülhməramlılarının 4 il sonra da Qarabağda qalmaları üçün “səbəb” olacağını qeyd edib.

Olyuninaya görə, əgər rus sülhməramlıları əri müharibədə ölmüş erməni qadınlarla ailə qursalar, Qarabağ üçün Rusiya uğrunda mübarizə aparırmış kimi savaşa biləcəklər: Marqarita pizza

“Konstantin Zatulinin “Sputnik-Ermənistana” müsahibəsini maraqla dinlədim. Mənə aydındır ki, indi “artsax”da ərləri öldürülmüş çoxlu gənc qadın var. Hesab edirəm ki, rus əsgərləri onlarla evlənə, ailə qura, uşaq dünyaya gətirə və bu torpaq üçün vətənləri kimi vuruşa bilərlər. Beləliklə onların burada dörd ildən çox qalmasına səbəb yaranar. Bu, həm də imperiyanın yaranmasının təməli olar. Sülhməramlılıq gözəl missiyadır, lakin kifayət deyil”.

Axar.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!