Rus sülhməramlıları Qarabağda qəzaya düşdü,   ölən var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Rus sülhməramlıları Qarabağda qəzaya düşdü, ölən var - Fotolar

Hadisə

11 Dekabr 2020 00:28 1152


Dağlıq Qarabağda rus sülhməramlılarının avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, “Sputnik Armenia” məlumat yayıb.

Avtoqəza Xankəndi-Əsgəran avtomobil yolunun 4-cü km-də qeydə alınıb. Məlumata görə, “Suzuki Vitara” markalı avtomobil yoldan çıxaraq Rusiya sülhməramlı qüvvələrinə məxsus “Ural” markalı avtomobillə toqquşub. Nəticədə “Suzuki”nin sürücüsü və sərnişini hadisə yerində ölüb. Onların şəxsiyyətləri araşdırılır. Sezar pizza

Yol qəzasının əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi deyilir. Bölgədə qatı duman, yağış və qar yolları görünməz edib.

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!